Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edildi - YENİLƏNİB - VİDEO

Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edildi - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edildi - YENİLƏNİB - VİDEO

55744

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

Bizim.Media xəbər verir ki, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

*** 11:57

Ötən gün silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olan əsgər Cavidan Məmmədli ilə Şəki rayonunda vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, mərasimdə hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - FOTO/VİDEO


C.Məmmədlinin cənazəsi rayon qəbiristanlığında dəfn ediləcək.

Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO