"Hamı mənə deyirdi ki, gözləyirsən Ağdam alınsın, sonra həyatını birləşdirəcəyin insan çıxsın. Əlbəttə ki... Amma əslini Allah bilir, yəqin elə də olacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova İnstaqramda izləyicilərinin suallarını cavablandırarkən deyib.
İfaçı Türkiyə vətəndaşı ola bilmədiyini söyləyib: "23 ildir Türkiyə vətəndaşı ola bilmirəm. Bütün türk dostlarım da buna təəccüblənir. İnşallah, bu il olacam".
Günel daha sonra sözlərinə "Qarabağın azad edilən bütün bölgələrində konsert verəcəm. Hazırlıqlar başladı. Düzdür, bundan sonra gedib Ağdamda yaşamayacam. Amma Ağdamda, Şuşada evimin olmasını istəyirəm. Ora dincəlməyə gələcəm",- deyə əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:10 / 17.12.2020
Günel 23 ildir Türkiyə vətəndaşı ola bilmir
Hazırda oxunan: Günel 23 ildir Türkiyə vətəndaşı ola bilmir
Hazırda oxunan: Günel 23 ildir Türkiyə vətəndaşı ola bilmir
5574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.