Almaniyanın Kemnits şəhərində məsciddə yanğın olub.
Bizim.Media xəbər verir ki, gecə saat 23:00-da baş verən hadisədən sonra məscid ibadət üçün bağlanıb.
Məscidin bərpadan sonra istifadə üçün açılacağı qeyd olunub.
Yanğının hansı səbəbdən baş verdiyi bilinməsə də, məscidin məktub qutusuna tez-tez təhdid məktublarının və karikaturaların atıldığı məlumdur.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bizim.Media