Vəkillərdən dustaqlara virus keçir? - Ədliyyə Nazirliyinin rəsmisinə CAVAB

Vəkillərdən dustaqlara virus keçir? - Ədliyyə Nazirliyinin rəsmisinə CAVAB

Hazırda oxunan: Vəkillərdən dustaqlara virus keçir? - Ədliyyə Nazirliyinin rəsmisinə CAVAB

55608

Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bu gün paylaşım edərək vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkilləri ilə görüşə gələrkən karantin rejiminin qaydalarına əməl etmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair sosial şəbəkələrdə mənfi fikirlərə rast gəlindiyini deyib.

"Məhkumlarla görüşə gələn şəxslər, o cümlədən, bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Məhkumların vaksinasiyası ilə bağlı SON VƏZİYYƏT


Penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və başqa şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsi təşkil edib.

Eyni zamanda, buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər.

Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur”, deyə o, qeyd edib.  

Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov Aynur Sabitovanın iddialarına cavab verib. O, nazirlik rəsmisinin iddialarını qəbul etmədiyini bildirib:

"Məhbusların vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlməmişəm. Hətta belə hal olubsa belə, bu barədə heç vaxt və heç bir qurumdan təqdiqlənmiş rəsmi məlumat daxil olmayıb.

Öz təşəbbüsümüzlə apardığımız araşdırmalarımız da bu cür şayiələri təsdiq etməyib. Hər kəsdən yoxlanılmamış və təsdiqini tapmayan məlumatları paylaşmamağı xahiş edirəm. Vəkillərin əksəriyyəti vaksinasiyadan keçib və müvafiq sertifikata malikdirlər.

Vəkillər başqa sahələrdə fəaliyyət göstərən hüquqşünaslardan heç də az məsuliyyətli insanlar deyildir. Hər kəsdən vəkilliyə və vəkillərə qarşı hörmətlə yanaşmağı, vəkillər barədə publik qaydada işlətdikləri ifadələrdə formal mülahizələrdən çəkinməyə çağırıram”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO