Koronavirus təhlükəlidir yoxsa qrip? - ARAŞDIRMA

Koronavirus təhlükəlidir yoxsa qrip? - ARAŞDIRMA

Hazırda oxunan: Koronavirus təhlükəlidir yoxsa qrip? - ARAŞDIRMA

5548

SARS-CoV-2 koronavirusu qrip virusu ilə müqayisədə daha təhlükəli və ölümcüldür.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Washington” Universitetinin alimlərinin araşdırmasından məlum olub. Onların yeni işi “British Medical Journal”da dərc edilib.

Tədqiqatçılar 1 fevral - 17 iyun 2020-ci il tarixləri arasında ABŞ xəstəxanalarında müalicə almış 3641 COVID-19 xəstəsi, həmçinin 1 yanvar 2017 - 31 dekabr 2019-cu il tarixlərində qripə yoluxan 12 676 xəstə barədə olan məlumatları araşdırıblar. Bütün xəstələrin orta yaş həddi 69 olub.

Araşdırmadan COVID-19 virusuna yoluxan insanların qrip xəstələrindən daha çox xəstəxanaya yerləşdirilməsinə, süni ventilyasiyaya və intensiv terapiya şöbələrində müalicəyə ehtiyacı olduğu ortaya çıxıb.

Bundan əlavə koronavirus xəstələrində ağırlaşmalar daha tez-tez baş verir və onların müalicəsi uzun çəkir.

Covid-19 virusundan əziyyət çəkən insanların ölüm ehtimalı qrip xəstələrindən 5 dəfə çoxdur. Alimlər bildiriblər ki, araşdırmada iştirak edən 12.676 qrip xəstəsindən 674-ü, COVID-19 xəstəsi olan 3641 nəfərdən isə 676 nəfəri vəfat edib.

Qrip və koronavirus infeksiyası bir çox cəhətdən oxşar olsa da, SARS-CoV-2 qripdən fərqli olaraq yalnız tənəffüs yollarını deyil, digər orqanlara da təsir edir. Bu infeksiya qaraciyər, böyrək zədələnməsinə, ürək-damar xəstəliklərinə, insulta, ağır septik şoka, aşağı təzyiqə və həddindən artıq qan laxtalanmasına səbəb ola bilər. Üstəlik, bu şəkər xəstəliyinin də yaranmasına şərait yarada bilər. 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO