İspaniyada rus mafiyasının 23 üzvü həbs edildi

İspaniyada rus mafiyasının 23 üzvü həbs edildi

Hazırda oxunan: İspaniyada rus mafiyasının 23 üzvü həbs edildi

5547

Bizim.Media xəbər verir ki, İspaniya polisi, “Europol” ilə ortaq əməliyyatla, Rusiya mütəşəkkil cinayətkar qrupları ilə əlaqəli pulların yuyulmasında şübhəli bilinən 23 nəfəri həbs edib.

Bu barədə məlumat İspaniya polisinin saytındakı rəsmi saytında yerləşdirilib.

Məlumatda ”saxlanılan cinayət qrupunun vəkillərin dövlət məmurlarının, siyasətçilərin, iş adamlarının və hakerlərin köməyilə İspaniya iqtisadiyyatının əsas sahələrini nəzarətə götürməyi və dövlət qurumlarına sızmağı planlaşdırdıqları” haqqında da qeyd olunub.

Polisin 2013-cü ildən izlədiyi qrup, İspaniya sahilindəki diskotekalara, restoranlara və daşınmaz əmlaka nəzarət edirdi. Bundan əlavə, dəstənin İspan strukturlarına sızmaq üçün külli miqdarda rüşvət verdikləri də məlum olub.

Saxlanılanlar arasında səkkiz Rusiya, bir Ukrayna, bir Qazaxıstan və bir Əlcəzair olmaqla 11 İspaniya vətəndaşı var.

Polis bunu Şərqi Avropa mafiyasına qarşı İspaniyada son 10 ildə həyata keçirilmiş ən böyük əməliyyat adlandırır. Axtarışlar zamanı 300 min avro pul, briliant, kriptovalyutası olan elektron cüzdan ələ keçirilib. Şəbəkənin əlaqəli olduğu cinayətlər arasında polis qətl, insan, silah və narkotik alverinin olduğunu da  bildirir.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO