Türkiyə və Ermənistanın münasibətləri normallaşdırma üzrə xüsusi nümayəndələrinin ilk görüşü baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə və Ermənistan razılığa gəldi - Rusiyadan açıqlama
Məlumatda qeyd olunub ki, görüş pozitiv və konstruktiv keçib. İki ölkə arasında münasibətlərin normallaşmasına hesablanan fikir mübadiləsi aparılıb.
Danışıqlarının bundan sonra da davam etdirilməsi razılaşdırılıb. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.
Bizim.Media