Sevgilisinin öldürüb zibil qutusuna atdığı Pərvinin qardaşı DANIŞDI – “Mələyimə” adlı faylda nələr olub?

Sevgilisinin öldürüb zibil qutusuna atdığı Pərvinin qardaşı DANIŞDI – “Mələyimə” adlı faylda nələr olub?

Hazırda oxunan: Sevgilisinin öldürüb zibil qutusuna atdığı Pərvinin qardaşı DANIŞDI – “Mələyimə” adlı faylda nələr olub?

55389

Ötən ilin fevralın 19-da Gəncədə ondan ayrılmaq istəyən sevgilisini öldürərək tullantı qutusuna atan 21 yaşlı Sərdar Cəfərov dəhşətli qətlin detalları, meyiti iki gün ailəsi ilə birgə yaşadığı evdə gizlətməsi barədə danışıb.

Bizim.Media xəbər verir ki, S.Cəfərov həmin gün günorta saatlarında parka gedərək son 1 ildə sevgi münasibətində olduğu Pərvin Musayeva ilə görüşüb və söhbət edərək aralarında münasibətə aydınlıq gətirmək istəyib. 

Daha sonra onu evə apararkən maşınında mübahisələri düşüb. Oğlanın sözlərinə görə, bu zaman Pərvin Musayeva ona “Onsuz da, sənin başına çox oyunlar açmışam, sənin xəbərin yoxdur, yenə oyunlar açacam, səni zəlil edəcəm” deyib. S.Cəfərov avtomobilin sükanı arxasından arxa oturacağa keçərək Pərvin Musayevanın başını dizləri üzərinə uzatmaqla müqavimətini qırdıqdan sonra əlləri ilə boyun nahiyəsindən tutub sıxaraq boğub öldürüb.

Sərdar Cəfərov məhkəmədə ifadə vermək istəmədiyini deyib və istintaqa verdiyi ifadəsini təsdiq edərək təqsirli olduğunu bildirib.

Mərhumun qardaşı Tahir Musayev məhkəmədə ifadə verərək deyib ki, 19 yaşlı Pərvin Musayeva Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olub:

“Fevralın 17-də anam mənə zəng edərək bacım Pərvinin evə gəlməməsindən narahat olduğunu dedi. Pərvin saat 13:00 radələrində universitetə getmək adı ilə evdən çıxıbmış. Həmin vaxt hava qarlı olduğundan əvvəlcə, Pərvinin yolda yıxıldığını zənn etdim, bu səbəbdən ətraf küçələri, universitetə aparan yolları taksi ilə gəzdim. Lakin Pərvini heç yerdə tapa bilmədim. Onun sevgilisi Sərdara zəng edəndə Pərvini artıq 1 ildir görmədiyini və heç bir əlaqəsi olmadığını dedi. Amma ona inanmadım evlərinə gedib otaqlara baxdım, bacımı tapa bilmədim. Bundan sonra polisə müraciət etdim.

Pərvin itkin düşdükdən sonra sonuncu dəfə kimlərlə əlaqə saxladığını öyrənmək üçün öz adıma olan, lakin Pərvinin işlətdiyi mobil nömrənin dublikatını çıxartdım.
 

Bütün sosial şəbəkələrdə olan hesablarının şifrələrini sıfırladım. Pərvinin instaqram hesabında rəfiqələri ilə yazışmalarına baxanda Sərdarla birlikdə çəkdirdiyi fotosunun skrinşotunu gördüm.


Pərvin həmin skrinşotu rəfiqəsinə göndərib Sərdarın birlikdə çəkdirdikləri fotoşəkilləri “Yandex Disk” proqramına yüklədiyini yazmışdı. Sonra dərhal bu barədə polis əməkdaşlarına xəbər verdim, Sərdarın mobil telefonuna baxış zamanı həqiqətən də “Yandex Disk” hesabının mövcud olduğunu gördük.

Buna görə də Sərdarın hesabının şifrəsini sıfırlayaraq yaddaş yerinə daxil oldum və orada saxlanılan bütün faylların tamamilə silindiyi məlum oldu. Kompüter və informasiya texnologiyalarından anlayışım olduğu üçün hesabın “LOG” tarixçəsinə baxdım. Bu zaman həmin faylların 19 fevral 2021-ci il tarixdə saat 18:12-də silindiyi məlum oldu.

Həmin tarixçədən 01 ədəd “Mələyimə.txt” adlı fayl da aşkarlandı, amma həmin fayl da qeyd olunan tarixdə silinmişdi.

Beləliklə, hüquq-mühafizə orqanlarının aktiv fəaliyyəti nəticəsində Pərvinin meyiti Gəncə şəhərinin ərazisində yerləşən məişət tullantılarının atıldığı yerdən tapıldı və bacımın ölümündə təqsirləndirilən Sərdar həbs edildi”.

T.Musayev Sərdara ağır cəza verilməsini xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO