KOBİA Ukrayna şirkəti ilə memorandum imzaladı - FOTO

KOBİA Ukrayna şirkəti ilə memorandum imzaladı - FOTO

Hazırda oxunan: KOBİA Ukrayna şirkəti ilə memorandum imzaladı - FOTO

55369

Yanvarın 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi (“Ukraine Invest”) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsinin Baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar.

Sənəd Azərbaycan və Ukrayna sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin və digər sahələr üzrə məlumat, KOB-lara xidmət üzrə təcrübə mübadiləsini, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO