Bu il Azərbaycanda ortaillik inflyasiya 3,8%-dək yavaşlayacaq.
Bizim.Media-nın məlumatına görə, bu barədə BMT-nin "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri" adlı hesabatında bildirilir.
Proqnozlara görə, 2023-cü ildə istehlak qiymətlərinin ortaillik artımı 3,1%-ə enəcək.
Qeyd edək ki, son məlumatlara görə, ötən ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) gözləntilərinə görə, ötən ilin dekabr ayı üzrə illik inflyasiya 11,4-11,9%-ə, ortaillik inflyasiya isə 6,3-6,6%-ə bərabər olacaq.
Xatırladaq ki, inflyasiyanın sürətlənməsi fonunda, ötən ilin son faiz qərarında AMB uçot dərəcəsini 7%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8%-dən 8,25%-ə yüksəldib, faiz dəhlizinin aşağı həddi 6% səviyyəsində saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:47 / 14.01.2022
Azərbaycanda bu il inflyasiya 3,8%-dək yavaşlayacaq – BMT-dən PROQNOZ
Hazırda oxunan: Azərbaycanda bu il inflyasiya 3,8%-dək yavaşlayacaq – BMT-dən PROQNOZ
Hazırda oxunan: Azərbaycanda bu il inflyasiya 3,8%-dək yavaşlayacaq – BMT-dən PROQNOZ
55307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.