Ceyhun Bayramov Amerika Yəhudi Komitəsi ilə müzakirələr apardı - FOTO

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsi ilə müzakirələr apardı - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Amerika Yəhudi Komitəsi ilə müzakirələr apardı - FOTO

55263

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov Devid Harris ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilmiş görüşə və Amerika Yəhudi Komitəsi ilə aparılmış müzakirələrə məmnunluqla istinad edib.

Tərəflər, Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə ediblər.

Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində tərəfimizdən atılan addımlar, habelə Ermənistanın davam edən hərbi təxribatları, iki gün öncə Azərbaycanlı hərbi qulluqçunun öldürülməsi və buna görə Ermənistanın məsuliyyət daşıması barədə məlumat verib.

Devid Harris görüşə və təqdim olunmuş məlumata görə təşəkkürünü bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Azərbaycan ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO