Putin KTMT sülhməramlıları haqda: “İşimizi sona çatdırdıq, evə qayıtmalıyıq” – VİDEO

Putin KTMT sülhməramlıları haqda: “İşimizi sona çatdırdıq, evə qayıtmalıyıq” – VİDEO

Hazırda oxunan: Putin KTMT sülhməramlıları haqda: “İşimizi sona çatdırdıq, evə qayıtmalıyıq” – VİDEO

55226

"Biz evə qayıtmalıyıq. Tapşırığımızı sona çatdırdıq".

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu qəbul edərkən səsləndirib.

Görüşdə əsasən Qazaxıstanda yerləşən KTMT-nin sülhməramlı missiyası müzakirə edilib. Rusiya prezidenti vurğulayıb ki, KTMT sülhməramlı qüvvələri Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində çox mühüm rol oynayıb.

“Onların qayıtması yanvarın 19-da başa çatacaq”.  Müdafiə naziri Sergey Şoyqu prezidentə bu barədə məlumat verib.

Xatırladaq ki, cümə günü, yanvarın 14-də Qazaxıstandan KTMT sülhməramlılarının olduğu 14 təyyarənin havaya qalxması planlaşdırılır. 

Müdafiə nazirinin sözlərinə görə, Rusiya təyyarələri Ermənistan, Belarus və Tacikistandan cəlb edilən kontingenti çıxaracaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO