Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Kremlin saytında yer alıb.
Mənbə qeyd edir ki, Qazaxıstan prezidenti KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin səmərəli fəaliyyəti nəzərə alınmaqla ölkədə nizam-intizamın yekun bərpası üzrə tədbirlər barədə Kremlin sahibinə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
KTMT sülhməramlıları Qazaxıstandan çıxmağa hazırlaşır – Rusiya Müdafiə Nazirliyi - VİDEO
Telefon zəngində KTMT-də strateji tərəfdaş olan Rusiya Federasiyasına köməyə və dəstəyə görə xüsusi minnətdarlıq ifadə olunub.
KTMT-yə üzv ölkələrin kontingentlərinin Qazaxıstan Respublikasının ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasının başlanması ilə bağlı məsələlər müzakirə edilib.
Bizim.Media