Goranboyda yol qəzası: Xəsarət alanlar var

Goranboyda yol qəzası: Xəsarət alanlar var

Hazırda oxunan: Goranboyda yol qəzası: Xəsarət alanlar var

55049

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media xəbər verir ki, "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Onlardan birinə ambulator yardım göstərilib, digər 2 nəfər, Ağstafa rayon sakini, 2008-ci il təvəllüdlü M.Rəhimova və Qazax rayon sakini, 1951-ci il təvəllüdlü A.Bağırov xəstəxanaya aparılıblar.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO