Viktoriya Nulanddan ruslara MƏSLƏHƏT - Zaxarovanın ona CAVABI

Viktoriya Nulanddan ruslara MƏSLƏHƏT - Zaxarovanın ona CAVABI

Hazırda oxunan: Viktoriya Nulanddan ruslara MƏSLƏHƏT - Zaxarovanın ona CAVABI

55027

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland rusları narahat edən problemlərdən danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

“Rusiya sakinləri Ukrayna ətrafındakı vəziyyətdən narahat olmaqdansa, sosial sahələrin maliyyələşdirilməsinə diqqət yetirməlidirlər”, deyə Nuland qeyd edib.

"Mən Rusiya vətəndaşı olsaydım, böhran yaratmaq və ordunu qarın içinə göndərmək üçün pul xərcləməkdənsə, təhsil sisteminə, tibbə, yol tikintisinə sərmayə qoyulmasını istərdim", - ABŞ dövlət katibinin müşaviri Rusiyaya məsləhət görüb. 

Dövlət Departamentinin sözçüsünün fikrincə, rus hərbçilərinin qışda qərb sərhədlərinə “göndərilməsi” “çox bahalı” yerləşdirmə növüdür.

Nulandın bəyanatını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh edib. Rusiyalı diplomat öz Telegram kanalında Nulandı ABŞ vətəndaşı olaraq qalmağa və yalnız ölkəsi ilə bağlı eyni şeyi düşünməyə çağırıb. 
Zaxarova ABŞ-da olan problemləri sadalayıb, Amerika təhsilinin keyfiyyətsizliyindən, səhiyyə sistemindəki çatışmazlıqdan və böyük şəhərlərdəki pis yollardan söz açıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO