Rusiyalı jurnalist Paşinyan haqda: “Gülməli personajdır, yanında gizli çamadan gəzdirir” - VİDEO

Rusiyalı jurnalist Paşinyan haqda: “Gülməli personajdır, yanında gizli çamadan gəzdirir” - VİDEO

Hazırda oxunan: Rusiyalı jurnalist Paşinyan haqda: “Gülməli personajdır, yanında gizli çamadan gəzdirir” - VİDEO

54967

Tanınmış rusiyalı jurnalist, publisist, Dövlət Dumasının keçmiş deputatı Aleksandr Nevzorov “Aleksandr Nevzorov” YouTube kanalında Qazaxıstanda baş verən hadisələrə toxunub.

Bizim.Media xəbər verir ki, KTMT-yə üzv ölkələrin liderlərinin rollarını müzakirə edən jurnalist Ermənistanın baş naziri Nikol Paşinyandan söz açıb.

“KTMT rəhbəri Nikol Vovayeviç Paşinyan. Diktator dərəcəsinə yüksəlməyib, hələlik üç ağanın, üç diktatorun quludur, yəni ümumi istifadə üçündür. Bu, çox gülməli və rəngarəng personajdır.

Hamının bildiyi kimi, Putinin gizli çamadanı var, adyutant onu hər yerə daşıyır. Beləsi Paşinyanda da var, hər zaman özü ilə aparır.

Çamadan 9 gizli düymənin birləşməsi ilə açılır. Yalnız Nikol Vovayeviçin özünə və köməkçisinə məlum olan mürəkkəb bir koddur. Çamadan həmişə onun yanındadır. Və birdən narahatlıq, problem olsa, aradan çıxa bilər. Birdən Kremldə ayaqqabısını təmizləmək ağlından keçər. Nikolun çamadanında gizli qapağın altında gözəl dəst yerləşdirilib: dörd rəngdə krem və iki fırça, parıltı üçün məxmər və son cila üçün salfetlər.

Başqa eksklüziv xidmət üçün yalnız içliklər dəyişdirilə bilər. Üst-başı təmiz olan Putin, bir qayda olaraq, uzun müddət öz ayaqqabısına baxır və yenə də Paşinyana söz verir ki, nə vaxtsa erməni qırıcılarına mühərrikləri əlavə edəcək”, deyə publisist bildirib.
A.Nevzorov qeyd edib ki, Qarabağ müharibəsindən sonra hər şey bəlli olub:

“Yeri gəlmişkən, Ermənistan az itki ilə çıxıb. Belə bir komanda altında o, təkcə Qarabağı yox, İrəvanı da itirə bilərdi”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO