Masallıda 44 yaşlı kişi itkin düşdü - FOTO

Masallıda 44 yaşlı kişi itkin düşdü - FOTO

Hazırda oxunan: Masallıda 44 yaşlı kişi itkin düşdü - FOTO

54951

Masallıda 44 yaşlı kişi itkin düşüb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxaraq gedib və indiyədək geri qayıtmayıb.
 

Qalib Cəbiyevin əlamətləri bunlardır: orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.


"Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO