Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyindən (DIN) Bizim.Media-ya verilən xəbərə görə, faktla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb. Sözügedən şəxsin 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilib.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.
Bizim.Media