Həbs edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərlinin oğlu Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, "News24.az" saytının əldə etdiyi məlumata görə, Vüqar Səfərlinin oğlu Samir Səfərli DGK-nin Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayonunda yerləşən İpək Yolu postunda inspektor vəzifəsində çalışırmış.
MÖVZU İLƏ BAĞLI:
Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət etdi
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bizim.Media