Mədəniyyət Nazirliyində yeni yaradılan Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinə və Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinə yeni müdirlər təyin edilib.
Bizim.Media “Report”a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrlərə əsasən, Ramil Abbəkirov Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin, Vüqar Məmmədov isə Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə gətirilib.
A.Kərimov digər əmrlə Fuad Məmmədovu özünə müşavir təyin edib.
Qeyd edək ki, hazırda mədəniyyət nazirinin iki müşaviri var. A.Kərimovun digər müşaviri Vüqar Şahinzadədir.
Xatırladaq ki, F.Məmmədovdan əvvəl bu vəzifəni hazırda nazirin birinci müavini olan Elnur Əliyev tuturdu.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:36 / 11.01.2022
Anar Kərimov iki şöbəyə müdir, özünə müşavir təyin etdi - SİYAHI
Hazırda oxunan: Anar Kərimov iki şöbəyə müdir, özünə müşavir təyin etdi - SİYAHI
Hazırda oxunan: Anar Kərimov iki şöbəyə müdir, özünə müşavir təyin etdi - SİYAHI
54844
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.