AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.
Bizim.Media xəbər verir ki, E.Məmmədov karyerasını başa vuran 36 yaşlı qolkiperə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.
Qeyd edə ki, Kamran Ağayev Azərbaycan yığmasının heyətində 79 oyunda meydanda olub.
Bizim.Media
![Kamran Ağayevin yeni iş yeri müəyyənləşdi - AFFA-da çalışacaq Kamran Ağayevin yeni iş yeri müəyyənləşdi - AFFA-da çalışacaq](https://bizim.media/file/articles/2022/01/11/1641897890_a2.jpg)
- A-
- A
- A+
İdman
14:41 / 11.01.2022
Kamran Ağayevin yeni iş yeri müəyyənləşdi - AFFA-da çalışacaq
Hazırda oxunan: Kamran Ağayevin yeni iş yeri müəyyənləşdi - AFFA-da çalışacaq
Hazırda oxunan: Kamran Ağayevin yeni iş yeri müəyyənləşdi - AFFA-da çalışacaq
54832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.