Dünyada koronavirusa yoluxanların sayı 310 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 310 milyonu ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 310 milyonu ötdü

54752

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 310 milyon nəfəri keçib.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 118 min 968 nəfər yeni koronavirusa yoluxub, 4 min 820 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 310 milyon 926 min 575, ölənlər isə 5 milyon 512 min 9 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (673 min 837 nəfər) və bu xəstəlikdən ölüm faktı (1002 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (62,6 milyon), Hindistan (35,8 milyon), Braziliya (22,5 milyon), Böyük Britaniya (14,6 milyon), Fransa (12,2 milyon), Rusiya (10,6 milyon) və Türkiyədə (10 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO