Bakıda “butka”ya dirənən VELOSİPED yolu - FOTOFAKT

Bakıda “butka”ya dirənən VELOSİPED yolu - FOTOFAKT

Hazırda oxunan: Bakıda “butka”ya dirənən VELOSİPED yolu - FOTOFAKT

54691

Paytaxtda təhlükəsiz hərəkət mühitinin formalaşması, yollarda lüzumsuz yerə yaranan sıxlıq və tıxacların qarşısının alınması məqsədilə hökumət tərəfindən müxtəlif layihələr hazırlanır. Bu layihələrdən biri də Bakı Nəqliyyat Agentliyi tərəfindən ilkin mərhələdə şəhərin mərkəzi hissəsini əhatə etməklə 18.5 km uzunluğunda salınması nəzərdə tutulan velosiped yollarıdır.

Sözügedən qurum tərəfindən Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində velosiped zolağı salınıb. Layihənin icrası işləri isə digər küçələrdə davam edir. 

Bizim.Media sözügedən küçədə qəribə mənzərənin şahidi olub və paytaxtın mərkəzində müşahidə olunan bu biabırçı görüntünü lentə alıb. 

İlk baxışdan təhlükəsiz, gözəl və səliqəli akustikası ilə seçilən, ətrafı xüsusi döşəmələrə bürünən velosiped yolu göz oxşasa da, uzanan asfaltın hansısa bir maneəyə dirənməsi və biabırçı mənzərənin ortaya çıxması ağıllarda müəyyən suallar yaradır.  

Görəsən, əlaqədar qurum hər hansı işin icrasına başlamazdan əvvəl plan cızıbmı? Elədirsə, sözügedən yolda sürücünün və ya sərnişinlərin təhlükəsizliyini necə düşünüb?  Sürətlə hərəkət edən velosiped, skuter və ya moped sürücüsünün qarşısına çıxan maneləri hesaba almayıbmı? 

Təqdim etdiyimiz görüntülərdə bu sualların cavabı açıq-aşkar verilir. Əlbəttə ki, aidiyyəti qurumların da qeyd olunan məsələ ilə bağlı gecikmiş əsaslandırmaları olacaq. 

Amma reallıq odur ki, dəfələrlə xidmət qurumlarımızın yarıtmaz fəaliyyəti tənqid olunandan sonra, yol verdikləri kobud səhvlərə düzəliş edilib. 

Çox güman ki, bu dəfə də eyni addım atılacaq... 

Alçina Amilqızı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO