Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanıldı - FOTO

Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Göygöldə mağazalardan oğurluq edən şəxslər saxlanıldı - FOTO

54665

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırmalar nəticəsində məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək qeyri-qanuni yolla içəri daxil olaraq ümumilikdə 12000 manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurlayıblar.

Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO