Güclü zəlzələ Böyük Çin səddinin bir hissəsini uçurdu

Güclü zəlzələ Böyük Çin səddinin bir hissəsini uçurdu

Hazırda oxunan: Güclü zəlzələ Böyük Çin səddinin bir hissəsini uçurdu

54605

Çinin Qansu əyalətində Böyük Çin səddinin bir hissəsi uçub. 

Bizim.Media “Qlobal Times”a istinadən xəbər verir ki, çökməyə səbəb şənbə günü qonşu Qinghai əyalətində baş verən zəlzələ olub.

Nəşrin məlumatına görə, zəlzələnin episentrindən 114 km aralıda yerləşən Şandan əyalətində iki metr enində divar parçası uçub. Divarın bu hissəsi Ming dövrünə (1368-1644) aiddir. Hadisə yerində artıq təmir-bərpa işlərinə başlanılıb.

Şənbə günü baş verən zəlzələnin gücü Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) qiymətləndirməsinə görə 6,3 bal və ya Çin seysmoloqlarının fikrincə 6,9 bal təşkil edib.

Zəlzələnin episentri əhalinin az məskunlaşdığı ərazidə olub, lakin bəzi böyük şəhərlərin sakinləri torpaqda dalğalanmaları müşahidə ediblər. Zəlzələ nəticəsində 9 nəfər xəsarət alıb, onlardan səkkizi artıq xəstəxanalardan buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO