Braziliyada qaya uçması nəticəsində ölənlərin sayı 10-a çatdı

Braziliyada qaya uçması nəticəsində ölənlərin sayı 10-a çatdı

Hazırda oxunan: Braziliyada qaya uçması nəticəsində ölənlərin sayı 10-a çatdı

54580

Braziliyanın Minas-Jerais ştatında turistlərin olduğu qayıqlarda qaya parçasının uçması nəticəsində ölənlərin sayı on nəfərə çatıb.

Bizim.Media “Globo” nəşrinə istinadən xəbər verir ki, xilasedicilər suda həlak olanların cəsədlərini tapıblar.

MÖVZU İLƏ BAĞLI:

Braziliyada qaya uçdu - 5 ölü, 32 yaralı var - VİDEO


Ölən on nəfərin hamısı eyni qayıqda olub.

Minas-Jerais ştatının Kapitoliu şəhəri yaxınlığındakı kanyonda qayanın bir hissəsi dörd turist gəmisinin üzərinə çöküb.

İlkin məlumatlara görə, güclü eroziyaya uğramış süxurların uçmasına güclü yağıntı səbəb olub.

Daha əvvəl beş nəfərin öldüyü bildirilirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO