Yanvarın 9-da axşam saatlarında Rusiya və ABŞ nümayəndə heyətləri arasında dar formatda təhlükəsizlik təminatlarına dair Cenevrədə danışıqların birinci raundu planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Yanvarın 9-da axşam təhlükəsizlik məsələləri üzrə amerikalılarla dar diapazonlu danışıqların birinci raundu keçiriləcək". TASS onun dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, yanvarın 10-da görüş geniş formatda davam etdiriləcək.
Bundan əvvəl Rusiyanın qurumlararası nümayəndə heyətinin ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəldiyi bildirilib.
Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov başçılıq edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:47 / 09.01.2022
Rusiya və ABŞ bu gün Cenevrədə dar tərkibdə danışıqlar aparacaq
Hazırda oxunan: Rusiya və ABŞ bu gün Cenevrədə dar tərkibdə danışıqlar aparacaq
Hazırda oxunan: Rusiya və ABŞ bu gün Cenevrədə dar tərkibdə danışıqlar aparacaq
54533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.