Müğənni Rutskaya tutulan qırğız musiqiçi haqda: “O, tərbiyəli insandır”

Müğənni Rutskaya tutulan qırğız musiqiçi haqda: “O, tərbiyəli insandır”

Hazırda oxunan: Müğənni Rutskaya tutulan qırğız musiqiçi haqda: “O, tərbiyəli insandır”

54529

Qırğızıstanın əməkdar müğənnisi Yuliya Rutskaya Rusiyanın RT nəşrinə müsahibəsində qırğız caz musiqiçisi Vikram Ruzaxunovun Qazaxıstanda saxlanmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, Vikramın saxlanması ilə bağlı vəziyyəti absurd hesab edib.

Eyni zamanda müğənni Ruzaxunovun işsiz olmadığını və "çox məşhur pianoçu olduğunu" bildirib.

"O, çox ağıllı, tərbiyəli bir insandır və heç vaxt belə kobudluğa və ya həyasızlığa yol verməzdi" deyə Rutskaya qeyd edib.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti Ruzaxunovun terrorçuluqda şübhəli bilinərək saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib.

Qırğızıstan tərəfinin məlumatına görə, o, qastrol səfərində Qazaxıstanda olub.

Bir sıra Qazaxıstan KİV-ləri Ruzaxunovun Almatıdakı qırğınlarda iştirakı ilə bağlı kadrlar dərc edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO