Qazaxıstanın ən varlı iş adamları 3 milyard dollar itirdi - SƏBƏB

Qazaxıstanın ən varlı iş adamları 3 milyard dollar itirdi - SƏBƏB

Hazırda oxunan: Qazaxıstanın ən varlı iş adamları 3 milyard dollar itirdi - SƏBƏB

54505

Qazaxıstandan olan dörd milyarderin sərvəti ölkədə bir neçə gün davam edən etiraz aksiyalarında ümumilikdə 3 milyard dollar azalıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Forbes nəşri yayıb.

Mənbə qeyd edir ki, milyarderlərin sərvəti ölkədəki iki böyük bankın - Kaspi Bank və Qazaxıstanın Xalq Bankının səhmlərinin müvafiq olaraq 30 və 15 faiz ucuzlaşması səbəbindən azalıb.

Yanvarın 4-dən 6-dək “Kaspi Bank”ın ən böyük səhmdarı Vyaçeslav Kim 1,4 milyard dollar itirib, sərvəti 5,7 dollardan 4,2 milyard dollara düşüb.

“Kaspi”nin baş direktoru Mixail Lomtadzenin sərvəti 5,2 milyard dollardan 3,8 milyard dollara qədər azalıb.

Qazaxıstanın “Xalq Bank”ında nəzarət səhm paketinə sahib olan Nazarbayevin qızı Dinara Kulibayeva və əri Timur Kulibayev ümumilikdə 200 milyon dollar itirib. 

Forbes ər-arvadın sərvətini 3,1 milyard dollar qiymətləndirib.

Forbes-in məlumatına görə, Qazaxıstanın ən varlı adamları reytinqində yeddi milyarder var.

Nəşr etirazlar zamanı qalanların vəziyyətinin necə dəyişdiyini göstərmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO