Pike ötən il \

Pike ötən il \"Barselona\"dan aldığı maaşın məbləğini açıqladı - 50 faiz daha az

Hazırda oxunan: Pike ötən il \"Barselona\"dan aldığı maaşın məbləğini açıqladı - 50 faiz daha az

54364

"Barselona"nın futbolçusu Jerar Pike klubdakı maaşının məbləğini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 35 yaşlı müdafiəçi bankdan aldığı arayışı şəxsi tviter səhifəsində paylaşıb. O, ötən il Kataloniya təmsilçisindən cəmi 2,3 milyon avro alıb.

Onun sözlərinə görə, bu məbləğ ümumi məvacibin 50 faizidir. Həmçinin Pike bununla ötən il vergilərdən əlavə 28 milyon avro qazandığı barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, Jerar Pike "Barselona"da pandemiya ilə bağlı yaranmış maliyyə çətinliyinə görə maaşının böyük hissəsindən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO