Təhsil Nazirliyi: Astaranın Diqo kəndində yeni məktəb tikiləcək

Təhsil Nazirliyi: Astaranın Diqo kəndində yeni məktəb tikiləcək

Hazırda oxunan: Təhsil Nazirliyi: Astaranın Diqo kəndində yeni məktəb tikiləcək

54290

Təhsil Nazirliyindən Astaranın Diqo kəndinin şagirdlərinin problemi ilə bağlı açıqlama
Astaranın Diqo kəndində yeni məktəb tikiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov adıçəkilən kəndin 10 yaşlı sakini Vahabov Şindan Şəkər oğlunun təhsil problemi ilə məsələyə münasibət bildirib.

O qeyd edib ki, Astara rayon Təhsil Şöbəsi məsələ ilə bağlı araşdırma aparır:

"Həmin şagird ibtidai təhsilini Şəvqo kənd ibtidai məktəbində alıb. Hazırda Pəlikəş kənd tam orta məktəbinin V sinif şagirdidir. Şagirdin valideynindən sağlamlıq haqqında arayışın istənilməsi və məsafənin uzaqlığı səbəbindən onun davamiyyətində problem yaranıb".

Qeyd edək ki, son 5 ildə Astaranın ucqar dağ kəndlərində 9 modul tipli məktəb istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO