Sarayda dəm qazından həyatını itirən 3 şəxslə bağlı ÖZƏL TƏFƏRRÜAT – FOTO 

Sarayda dəm qazından həyatını itirən 3 şəxslə bağlı ÖZƏL TƏFƏRRÜAT – FOTO 

Hazırda oxunan: Sarayda dəm qazından həyatını itirən 3 şəxslə bağlı ÖZƏL TƏFƏRRÜAT – FOTO 

54254

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Abşeron rayonun Saray qəsəbəsində kirayə qaldıqları evdə dəm qazından boğularaq ölən 3 nəfərin meyiti aşkarlanıb.

Bunlar 1965-ci il təvəllüdlü Gülağa Əliyev Kamil oğlu, 1966-cı il təvəllüdlü Akif Nərimanov Bəybala oğlu və 1981-ci il təvəllüdlü Elşən Alışov Eldar oğlu olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, vəfat edən şəxslərin hər üçü İmişli sakinləridir.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dəhşətli HADİSƏ: Evdə 3 nəfərin çürümüş meyiti tapıldı


Onlar iş məqsədi ilə yanvar ayının 3-də Bakıya gəlib və Saray qəsəbəsində kirayə tutduqları evə yerləşiblər. Ehtimallara görə, elə şəxslər həmin gecə də dəm qazından boğularaq ölüblər. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, şəxslərdən biri çarpayıda, qalan iki nəfər isə yerdə yatdıqları vəziyyətdə tapılıblar. Meyitlər yanvar ayının 5-də aşkar olunub.

Aidiyyatı qurumlar evdə meyitləri aşkar edərkən, dəm qazından zəhərlənən şəxslərin nəşləri artıq iylənibmiş. Bu da onların evə elə köçdükləri gün yəni yanvarın 3-də zəhərlənərək vəfat etməsi ehtimallarını artırır.

Vüsalə Balayeva, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO