Prokuror Eldar Həsənovun əmlaklarının müsadirə olunmasını istəyib - SİYAHI

Prokuror Eldar Həsənovun əmlaklarının müsadirə olunmasını istəyib - SİYAHI

Hazırda oxunan: Prokuror Eldar Həsənovun əmlaklarının müsadirə olunmasını istəyib - SİYAHI

54220

Sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması istənilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Anar Nəsibov qeyd edib ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində Eldar Həsənova məxsus bağ evi və torpaq sahəsi, Nəsimi rayonunda yerləşən mənzil, Nərimanov rayonunda yerləşən mağaza, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi, Xətai rayonunda yerləşən fərdi yaşayış evi, həmçinin, Monteneqroda yerləşən mənzil müsadirə edilməlidir.

Məhkəmədə Eldar Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, Eldar Həsənov məhkəmədə dörd vəkillə müdafiə olunub. Sabiq səfir məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyib.

İttihama görə, Eldar Həsənov  Azərbaycanın Rumıniya, Serbiya , Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib.
O, həmçinin, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmaqda və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO