Ankara və İrəvanın Moskva görüşü – Ermənistan “Ararat”dan əl çəkəcəkmi? – Politoloqdan CAVAB

Ankara və İrəvanın Moskva görüşü – Ermənistan “Ararat”dan əl çəkəcəkmi? – Politoloqdan CAVAB

Hazırda oxunan: Ankara və İrəvanın Moskva görüşü – Ermənistan “Ararat”dan əl çəkəcəkmi? – Politoloqdan CAVAB

54149

Məlum olduğu kimi, yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında ilk görüş baş tutacaq.

Müzakirələrdə tərəfləri Sərdar Kılıç və Ruben Rubinyan təmsil edəcək.

Bəs, görüşdə hansı məsələlərin müzakirəsinə xüsusi diqqət ayrılacaq?

Sualı Bizim.Media üçün cavablandıran politoloq Fikrət Sadıxov görüşlə bağlı gözləntilərini bu cür ifadə edib:
 

MÖVZU İLƏ BAĞLI:

Zaur Məmmədov: "Moskvada 4 saat ərzində ictimaiyyətə açıqlanmayan məsələlər müzakirə edilib"


“Bu tərəflər arasında ilk görüşdür. Düşünmürəm ki, ilk görüşdəcə hər hansı müqavilələr bağlansın, sazişlər imzalansın. Birgə bəyanat isə, düşünürəm ki, olmalıdır. Digər tərəfdən, rəsmi Ankara anlayır ki, Ermənistanın uzun illər ərzində, Türkiyəyə ərazi iddiları olub və bu, indiyə kimi qüvvəsindədir. Belə ki, Ermənistanın gerbində “Ararat” adı ilə Ağrı dağı görünür. Yəni, bu tip məsələlər, eyni zamanda 1915-ci il hadisələri müzakirəyə müəyyən əngəllər törədə bilər”.

Politoloqun qənaətinə görə, Türkiyə Ermənistanın iddialarına rəğmən humanistlik nümayiş etdirərək İrəvana bu mesajı ünvanlayıb: 

“Bütün bu məsələləri arxada qoysanız, biz sizinlə əməkdaşlıq etməyə hazırıq. Çünki biz regionda sülhün və sabitliyin yaranmasının tərəfdarıyıq”.

Fikrət Sadıxov görüş yeri kimi Moskvanın seçilməsinə də münasibət bildirib:
 

“Bir çox görüşlər Moskvada keçirilir. Hal-hazırda Türkiyə-Rusiya münasibətləri partnyorluq xarakterlidir. Eyni zamanda Rusiya Ermənistanın müttəfiqidir və onun arxasında dayanan dövlətdir.


Sadəcə olaraq, Moskva neytral meydança kimi tərəflərə düşmən mövqedə dayanmayıb. Eyni zamanda Moskva anlayır ki, onun iştirakı olmadan heç bir məsələ həll olunmayacaq. Rusiya onsuzda regional proseslərdə aktiv iştirak edir. Bu öz-özlüyündə onu göstərir ki, Kreml Türkiyə və Ermənistan arasında normallaşma prosesinin əsas iştirakçısına çevrilməyə qadirdir”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO