Bu gün bəzi mətbu orqanlarda Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) baş direktoruna müavin təyin olunması barədə məlumat yayılıb.
Yayılan məlumatlara görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə “AzInTelecom” şirkətinin nümayəndəsi, təhlükəsizliyi üzrə eksperti Rəşad Əliyev təyin edilib.
Bizim.Media məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən xəbərin həqiqəti əks etdirmədiyi bildirilib.
Məsələ ilə bağlı ekspertin özü isə “Facebook” hesabında post paylaşaraq xəbəri təkzib edib.
“Səhv məlumatdır. Mənim heç xəbərim yoxdur. “Starbucksa” gedirəm, kofemi içim”, - deyə o bildirib.
Vüsalə Balayeva, Bizim.Media