“Paşinyan yalan danışır, Azərbaycana dəhliz verəcək” – Erməni deputat

“Paşinyan yalan danışır, Azərbaycana dəhliz verəcək” – Erməni deputat

Hazırda oxunan: “Paşinyan yalan danışır, Azərbaycana dəhliz verəcək” – Erməni deputat

54057

“Şübhəsiz ki, Paşinyan yalan danışır, azərbaycanlılara dəhliz verəcək”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində Daşnaksütyun fraksiyasını təmsil edən Artur Xaçatryan “Karlen Aslanyanla müsahibə” verilişində səsləndirib.

Xaçatryanın sözlərinə görə, onlar (Paşinyan nəzərdə tutulur) hakimiyyətə gəldikdən sonra dəfələrlə müxtəlif addımlar atıblar və hər dəfə də vurğulayıblar ki, mütləq kommunikasiyaları blokadadan çıxaracaqlar:

“Bu, istər dəhliz, cığır, yol və ya başqa bir şey olsun”.

“Əvvəlcə onlar dəmir yolu əlaqəsinin yaradılması ilə bağlı razılığa gəliblər, indi yol müzakirə olunur. Yolun 40 kilometrinin Ermənistan ərazisindən keçəcəyi göz qabağındadır. Təbii ki, o, hirslənərək “yox, bu yol bizim səlahiyyətimizdə olacaq” sözlərini deyib.
Amma yolun bu hissəsinin xüsusi statusu olmasaydı, bu haqda ayrıca danışmazdı. Əgər bütün yollar açılacaqsa, bu o deməkdir ki, bu gün siz maşına minib Mingəçevirə, azərbaycanlılar isə maşına minib Sumqayıtdan Ordubada gedə və ya qatara minib Bakıya və Naxçıvana gələ bilərlər”, - deyə deputat Xaçatryan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO