Nazir federasiyaların qarşısına qoyulan tələblərdən DANIŞDI – Nəticələrə əsaslanan fəaliyyət...

Nazir federasiyaların qarşısına qoyulan tələblərdən DANIŞDI – Nəticələrə əsaslanan fəaliyyət...

Hazırda oxunan: Nazir federasiyaların qarşısına qoyulan tələblərdən DANIŞDI – Nəticələrə əsaslanan fəaliyyət...

54053

Gənclər və idman naziri Fərid Qayıbov dekabr ayının hesabatını təqdim edib.

Bizim.Media xəbər verir ki, fəaliyyətinin dördüncü ayı ötən ilin sonuna təsadüf edən nazir bu müddətdə ölkənin Şimal-Qərb və Dağlıq Şirvan bölgəsinə səfər çərçivəsində Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Şamaxı, Qobustan Olimpiya kompleksləri və digər idman qurğularının fəaliyyətləri ilə tanış olub.

F.Qayıbov federasiyalarda keçirilən hesabat-seçki yığıncaqlarında iştirakı və yeni təlim-məşq bazasının açılşından danışıb:

“Güləş, Badminton,  Basketbol, Atıcılıq, Triatlon, Avarçəkmə, Stolüstü Tennis və Taekvondo federasiyalarının hesabat-seçki yığıncaqları keçirildi. Federasiyaların işi təhlil edildi, nöqsan və problemlər səsləndirildi, növbəti dövr üçün məqsəd və vəzifələr müəyyən olundu. Yeni rəhbərlik və seçilmiş idarə heyətləri ilə birgə regionlarda işin genişləndirilməsi, kütləviliyin artırılması, nəticələrə əsaslanan fəaliyyətin təşkili barədə müzakirələr aparıldı.

Stolüstü tennis və Atçılıq federasiyalarında vəziyyətlə tanış olduq, Pauerliftinq Federasiyası milli yığma komandasının təlim-məşq bazasının açılışında iştirak etdik”.

Uğur qazanmış idmançıların diqqət mərkəzində olduğunu vurğulayan nazir ötən ay şahmat, reqbi, MMA və digər növlər üzrə idmançı və mütəxəssislərlə görüşlərdə idman potensialının imkanlarını müzakirə edib.

Regionda yaşayan gənclərin inkişaf imkanlarının, cəmiyyətin işində iştirakçılığının və onları düşündürən məsələlərin müzakirəsi bu dəfə İsmayıllıda keçirilən zona görüşündə aparılıb.

Gənclər təşkilatlarının qərarların verilməsi prosesində iştirakı üçün yeni imkanlar yaradılacağı vurğulanıb:
 

“Yeni çağırışlar mərhələsində gənclərin məşğulluğunu Gənc Sahibkarların II Forumunda müzakirə etdik. Keçirilməsinə 2022-ci ildə başlayacağımız sosioloji tədqiqat və “Yerli” gənclərin bacarıqlarının artırılması layihələri əməli nəticələr verəcək”.


Fərid Qayıbov Beynəlxalq əməkdaşlıq sahəsində keçirilən görüşlərə də toxunub:

“Malayziya, Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirdik, ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının və Avropa Şahmat İttifaqının prezidentlərini, Dünya Etnosport Konfederasiyası və Beynəlxalq Abilimpiya Federasiyasının nümayəndələrini qəbul etdik.

“İnanıram ki, inamla, diqqətlə və ümidlə görülən işlər təmsil etdiyimiz hər iki sahənin inkişafında faydalı olacaq. Yeni ildə gənclərimizə və idmançılarımıza möhkəm can sağlığı, əzmkarlıq, inam və yeni nailiyyətlər arzulayıram”, - deyə nazir fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO