Avropa iki ay ərzində qazsız qala bilər – “Bloomberg”

Avropa iki ay ərzində qazsız qala bilər – “Bloomberg”

Hazırda oxunan: Avropa iki ay ərzində qazsız qala bilər – “Bloomberg”

53869

Avropanın soyuq hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Bloomberg” agentliyi yayıb.

Nəşrin müəllifləri qeyd ediblər ki, yanacaq böhranının ilkin şərtləri bərpa olunan enerji mənbələrinə keçid və təbii qazın yerli istehsalının azalmasıdır. 

Nəticədə ötən il Avropa ölkələrində külək və günəş enerjisinin qeyri-sabitliyi səbəbindən elektrik enerjisi istehsalı aşağı düşüb.

Məqalədə deyilir: “Qarşıda qışın ən soyuq iki ayı var və Avropanın qazsız qala biləcəyi ilə bağlı qorxular hökm sürür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO