Azərbaycan OPEC+ hasilat artımı qərarını dəstəklədi - FOTO

Azərbaycan OPEC+ hasilat artımı qərarını dəstəklədi - FOTO

Hazırda oxunan: Azərbaycan OPEC+ hasilat artımı qərarını dəstəklədi - FOTO

53838

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barrel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olmasını nəzərdə tutur.

Qeyd edək ki, OPEC+  ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO