Heydər Əliyev Fondundan uğurlu layihə: Əlil uşaqlar “Dubay Ekspo”da çıxış etdi – FOTO

Heydər Əliyev Fondundan uğurlu layihə: Əlil uşaqlar “Dubay Ekspo”da çıxış etdi – FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondundan uğurlu layihə: Əlil uşaqlar “Dubay Ekspo”da çıxış etdi – FOTO

53806

“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Dance Ability Azerbaijan” İnklüziv Performans Şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, tamaşa Heydər Əliyev Fondu və UNICEF-in dəstəyi ilə baş tutub.

Xatırladaq ki, Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb.

Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun “Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

“Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir.

Sərgi 2022-ci il martın 31-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO