Masallıda silsilə oğurluq edən şəxs saxlanılıb - FOTO

Masallıda silsilə oğurluq edən şəxs saxlanılıb - FOTO

Hazırda oxunan: Masallıda silsilə oğurluq edən şəxs saxlanılıb - FOTO

53797

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun Xırmandalı kəndi ərazisindəki evlərdən birindən 1665 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Mərhəmət Fərzəliyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, M.Fərzəliyevin ötən il müxtəlif vaxtlarda Masallı rayonunun Ərəb kəndindəki bir evdən 650 manat pul və 3600 manat dəyərində qızıl-zinət əşyaları, Xırmandalı kəndindəki bir evdən isə 960 manat pul oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO