Gürcüstanda inflyasiyanın səviyyəsi rekord həddə çatıb

Gürcüstanda inflyasiyanın səviyyəsi rekord həddə çatıb

Hazırda oxunan: Gürcüstanda inflyasiyanın səviyyəsi rekord həddə çatıb

53781

Gürcüstanda illik inflyasiyanın həcmi 13,9% təşkil edib.

Bizim.Media məlumat verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 3 yanvar tarixindəki açıqlamasında bildirilir. 

Xidmət bu rəqəmin son on ildə rekord göstəricisi olduğunu qeyd edir.

Belə ki, 2020-ci ildə inflyasiyanın həcmi cəmi 5,2% təşkil edirdi.

Gürcüstanda il ərzində kommunal xidmətlərin (43,5%), nəqliyyatın (17,3%), mehmanxana və restoranların (14%) və səhiyyənin (7,9%) qiymətləri artıb. Ərzaq qiymətləri 15,6% artıb. Ən çox bitki yağı - 24,5 %, tərəvəz - 20,7 %, çörək və çörək məhsulları - 20,2 %, şəkər - 19,8 %, süd və yumurta - 15,3 % bahalaşıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, noyabr ayında əsas ərzaq məhsullarının dünya üzrə qiymətləri 1,2% artıb (əsasən taxıl, şəkər və süd məhsulları hesabına) və 2011-ci ilin iyul ayından bəri bütün zamanların ən yüksək səviyyəsinə çatıb. 

“Bununla əlaqədar olaraq, ərzaq məhsullarının qiymətində kəskin artım və son zamanlar dünya bazarlarında neftin qiymətinin daha da sürətlə artması müşahidə olunur ki, bu da beynəlxalq nəqliyyat xərclərindəki yüksək artım tempi ilə müşayiət olunur”, deyə Gürcüstan Milli Bankından verilən məlumatda bildirib.

Milli Bankın proqnozlarına görə, ilin sonuna qədər inflyasiya yüksək səviyyədə qalacaq. “Bu ilin dekabrında və gələn ilin yanvar-fevral aylarında kommunal subsidiyaların artımının təsiri ilə illik inflyasiya daha da artacaq”, deyə bəyanatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO