Estoniyanın müdafiə naziri Kalle Paanet bildirib ki, Rusiya Avropa qitəsi üçün təhlükə yaradır. Bu barədə Estoniya departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bizim.Media məlumat verir ki, nazir Rusiyanı digər ölkələrin sülh şəraitində yaşamasına imkan verməməkdə ittiham edib.
Estoniya Respublikası ilə Sovet Rusiyası arasında atəşkəsin 102-ci ildönümü şərəfinə həlak olanların xatirəsinə həsr olunmuş mərasimdə çıxış edən nazir qeyd edib ki, Moskva üçün digər dövlətlər sadəcə olaraq fəth olunacaq dəyərli ərazilərdir.
Eyni zamanda o vurğulayıb ki, Estoniyanın özünü təkbaşına müdafiə etməyə ehtiyacı yoxdur, çünki indi onun güclü müttəfiqləri var.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı Rusiyanın Ukraynaya “işğal” edəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin qətiyyətli cavab verəcəyini vəd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:55 / 04.01.2022
Estoniyalı nazirdən Rusiyaya XƏBƏRDARLIQ
Hazırda oxunan: Estoniyalı nazirdən Rusiyaya XƏBƏRDARLIQ
Hazırda oxunan: Estoniyalı nazirdən Rusiyaya XƏBƏRDARLIQ
53758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.