Metyu Brayza: “2022-ci ildə ABŞ Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək”

Metyu Brayza: “2022-ci ildə ABŞ Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək”

Hazırda oxunan: Metyu Brayza: “2022-ci ildə ABŞ Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək”

53734

“2021-ci il Azərbaycan diplomatiyası üçün və bütövlüklə Azərbaycanın dünyada tutduğu mövqeyə görə çox möhtəşəm il oldu. Əlbəttə,  2020-ci ildə, Azərbaycan II Qarabağ müharibəsini qazandı və ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə Azərbaycan tarixində həm hərbi, həm də diplomatik inkişafı əks etdirdi”.

Bu sözləri Bizim.Media-ya özəl olaraq açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza 2021-ci ildə Azərbaycanın əldə etdiyi nəaliyyətlərindən danışarkən deyib.

O, Azərbaycanın son iki ildə siyasi arenada əldə etdiyi uğurlarından da danışıb.

“Burada həmçinin 2021-ci ilin yanvarın 11-də infrastruktur layihələri və nəqliyyat xətlərinin bərpası və açılması üçün Əliyev, Paşinyan və Putin arasında bağlanmış müqaviləni də qeyd etmək lazımdır. Beləliklə, Azərbaycan sülhün möhkəmləsi üçün irəlilədi və daha sonra Cənubi Qafqaza və Ermənistanla arasında nəqliyyat xətlərinin bərpası üçün yatırım cəlb etdi”.

M.Brayza 26 noyabrda Soçidə üçtərəfli görüşdəki qazanılan naliyyətləridən də danışıb. 

“Azərbaycan 2021-ci ili çox böyük nəaliyyətlərlə başa vurur. Yekun olaraq, deyərdim ki, Azərbaycan həm sülhün qoruyucusu kimi, həm də siyasi və iqtisadi inkişafı nümayiş etdirən öndə gedən ölkələrdən biri olaraq özünü dünya arenasında bir daha təsdiq etdi.  Bu da Cənubi Qafqazın bütün ölkələri üçün pozitiv rol oynayacaq”.

Ekspert 2022-ci ildə ABŞ və Azərbaycan arasında münasibətlər haqqında da öz proqnozlarından danışıb.

“Düşünürəm ki, 2022-ci ildə, Azərbaycan və ABŞ arasında inkişaf çox yüksək səviyyədə davam edəcək, yəni Ağ Ev Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək. Burada əsas səbəb Azərbaycanın regionda sülhü bərqərar etməsi və iqtisadi inkişafıdır. Qeyd edim ki, ABŞ prezidenti Co Bayden keçmiş ölkə başçılarından fərqli olaraq Cənubi Qafqaz regionuna daha çox diqqət yetirir. Ancaq bunu da vurğulayım ki, Co Bayden deyil, daha çox ABŞ Dövlət Katibi Blinken bu işdə daha aktiv iştirakçı olacağını düşünürəm. O, Azərbaycanla strateji əməkdaşlığının vacibliyini anlayır. Yekin olaraq düşünürəm ki, regionda stabilliyin yaranması, sülhün bərqərar olması və iqtisadi inkişafın yaranmasında ABŞ Azərbaycan, Türkiyə və Ermənistan üçün böyük rol oynayacaq”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO