R.T.Ərdoğan:

R.T.Ərdoğan: "2021-ci il Türkiyə ixracatında rekord ildir"

Hazırda oxunan: R.T.Ərdoğan: "2021-ci il Türkiyə ixracatında rekord ildir"

53698

"Türkiyənin xarici ticarəti 2021-ci ildə 496,7 milyard dollara yüksəlib, Türkiyənin ümumi ixracı isə keçən il 225,33 milyard dollar (+32,9% illik) təşkil edib".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

O, çıxışının davamında bildirib ki, səhiyyə böhranı kimi başlayan pandemiya bütün sahələrə - iqtisadiyyatdan turizmə, təhsildən humanitar əlaqələrə qədər mənfi təsir göstərib:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan müsəlmanları birliyə çağırdı: “Hamımız qardaşıq!”


"Buna baxmayaraq, Türkiyə ilk dəfədir ki, böhranları idarə edən, hətta onları fürsətə çevirən, onların təsiri altında əyilməyən ölkəyə çevrilib”, - deyə Ərdoğan bu gün İstanbulda keçirdiyi mətbuat konfransında əlavə edib ki, 2021-ci ilin oktyabr ayına Türkiyə iqtisadiyyatında pandemiyadan əvvəlki dövrlə müqayisədə 2 milyon əlavə iş yeri açılıb.

Türkiyə lideri bildirib ki, Türkiyənin xarici ticarət kəsiri 2020-ci illə müqayisədə 7,8% azalaraq 45,9 milyard dollar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO