Bu il Azərbaycanın İsraildə səfirliyi açılacaq – Arye Qutdan ÖZƏL FAKTLAR

Bu il Azərbaycanın İsraildə səfirliyi açılacaq – Arye Qutdan ÖZƏL FAKTLAR

Hazırda oxunan: Bu il Azərbaycanın İsraildə səfirliyi açılacaq – Arye Qutdan ÖZƏL FAKTLAR

53680

İsraildə Azərbaycan səfirliyi 2022-ci ildə açıla bilərmi? Əlbəttə ki, bu sual hər bir azərbaycanlını 44 günlük savaşdan sonra daha çox maraqlandırır. Çünki Azərbaycanın haqlı mövqeyinin müdafiəsində İsrailin də danılmaz rolu olub. 

"İsraildə Azərbaycan Evi – Gələcəyə ümid"  təşkilatının, Bakı Beynəlxalq Multikulturalizm Məkəzinin İsraildəki nümundəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut iki ölkə arasındakı əməkdaşlıq və tərəfdaşlığın ən yüksək səviyyədə olduğunu qeyd edib:

“Nefti də nəzərə alsaq, ticarət dövriyyəsi 3 milyarda yaxındır”.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı ilə Təl-Əvivi nə bağlayır? – “Heç bir islam ölkəsində Azərbaycandakı qədər yəhudi icması yoxdur” - Arye Qut 


Bizim.Media-ya özəl açıqlamasında Arye Qut bildirib ki, İsrail Azərbaycanla başqa sahələrdə də əməkdaşlığı genişləndirmək istəyir. Bu baxımdan, səhiyyə, yüksək və texnologiyaları, kənd təsərrüfatını da qeyd etmək lazımdır:

“Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov 1 ay öncə İsraildə rəsmi səfərdə oldu. Biznes forum çərçivəsində işgüzar görüşlər keçirildi və biz inanırıq ki, məhz bu sahələr İsraillə Azərbaycan arasında olan əlaqələri genişləndirəcək. 

Qeyd edək ki, bu gün İsraildə 80 minə yaxın Azərbaycan kökənli insan yaşayır. Onlar Azərbaycan Evi təşkilatının işində fəal iştirak edirlər. Azərbaycanda aktiv yəhudi diasporu var.

Burada Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin rolunu qeyd etmək istərdim. Eyni zamanda Milli Məclisin deputatı Anatoli Rafaelovun da xidmətlərini xatırlatmaq lazımdır.

Qırmızı Qəsəbədə yüksək səviyyədə yaşayan yəhudilərin də xüsusi rolu mövcuddur. Ümid edirik ki, gələn il cənab Prezident İlham Əliyevin də dəstəyi ilə dünyada dağ yəhudilərinin ilk muzeyi məhz Azərbaycanda – Quba şəhərinin Qırmızı Qəsəbəsində açılacaq. 

O ki qaldı səfirliyə, hesab edirəm ki, bu yaxınlarda turizm və ticarət nümayəndəliyinin açılması elə özü-özlüyündə gələn Azərbaycan səfirliyinin Tel-Əvivdə yaranmasına böyük bir səbəb olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO