Yanvarın 2-i saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu tərəfindən qətlə yetirilən 22 yaşlı Amin Cəlilzadə sonuncu dəfə Siyəzəndə, evlərində 2021-ci il sentyabr ayının 2-də olub.
Bu barədə Bizim.Media-ya mərhum sərhədçinin atası Fuar Cəlilzadə deyib. Hərbçinin atası bildirib ki, oğlu anası Sevdanın il mərasiminə gəlib.
MÖVZU İLƏ BAĞLI:
DSX-nin hərbçilərini öldürən şəxs TUTULDU - RƏSMİ - VİDEO
Onun sözlərinə görə, Amin dünən hadisədən 15 dəqiqə əvvəl 17.45-də evə zəng vurub. “Söhbət zamanı yaxşı olduğunu dedi. Az sonra saat 18-də bu faciə baş verib”.
Ata Aminin ailədə 3 qardaşın böyüyü olduğunu bildirib. Fuar Cəlilzadə oğlunun nəşinin bu gün Siyəzənə gətirilib dəfn ediləcəyini bildirib.
Aytəkin Alxaslı, Bizim.Media