“Xoşbəxtlikdən Gürcüstanla Azərbaycanın əlaqələri stabil tərəfdaşlıq xarakteri daşıyır. Bu iki ölkə Şərqlə Qərbin kəsişməsində mühüm funksiyası olan yeganə və ayrılmaz geosiyasi reallıqdır”.
Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında gürcü politoloq Gia Xuxaşvili səsləndirib. Onun 2021-ci illə bağlı fikirləri belədir:
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanın “3+3” platfomasına qatılmama SƏBƏBİ – Gia Xuxaşvilidən ÖZƏL
“Biz Azərbaycanın 2021-ci ildəki tarixi irəliləyişinə görə şadıq. Ümid edirik ki, Vətən Müharibəsində qələbə ilə Azərbaycanın əldə etdiyi impuls Gürcüstana da müsbət təsir etsin.
Azərbaycan xalqını və şəxsən Prezident İlham Əliyevi tarixi irəliləyiş münasibətilə təbrik etmək istəyir, 2022-də də ölkənizə ən yaxşı nailiyyətlər arzulayıram”.
Bizim.Media