"İstərdim ki, 2022-ci il Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdışın başlanğıcı olsun".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Razi Nurullayev bildirib. Deputat 2022-ci ildən ölkənin ictimai-siyasi həyatında görmək istədiklərini dilə gətirib:
MÖVZU İLƏ BAĞLI:
Razi Nurullayevdən regional paytaxtların yaradılması TƏKLİFİ – “Bəzi şəhərlər heç qəsəbə də deyil”
"İstərdim ki, hazırda rus sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi hissə tamamilə Azərbaycanın nəzarətinə keçsin. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın. Yəni, bu münaqişə tam olaraq bitsin və dinc dövr başlasın".
Razi Nurullayev dinc dövrün başlanmasından sonra sosial rifahın daha da yaxşı olacağı diqqətə çatdırıb:
"2022-ci ildə Qarabağın bütün sahələrində başlayan quruculuq işləri Azərbaycanda işsizlik probleminin həllində köklü dəyişikliklər yarada biləcək".
Səkinə Yusibli, Bizim.Media