Uşaqpulunun verilməsi ilə bağlı vacib AÇIQLAMA 

Uşaqpulunun verilməsi ilə bağlı vacib AÇIQLAMA 

Hazırda oxunan: Uşaqpulunun verilməsi ilə bağlı vacib AÇIQLAMA 

53575

Azərbaycanda uşaqpulu məsələsi uzun müddətdir aktual olaraq qalır. 

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev “Facebook” hesabında sözügedən məsələyə toxunub.

O, Azərbaycan hökumətinin hər il uşaqların sosial müdafiəsinə dair ayrıca hesabat açıqlamalı olduğunu bildirib:

“Həmin hesabatda uşaqların sosial müdafiəsilə bağlı həyata keçirilən bütün tədbir, təşəbbüs və proqramlar, onlara sərf edilən maliyyə vəsaitləri barədə detallı məlumatlar yer almalıdır. Hər bir bölgə üzrə xərclənən vəsaitlər, onların əhatə etdiyi uşaqların sayı barədə informasiyalar olmalıdır. Eləcə də həm ölkə, həm də bölgələr üzrə uşaq yoxsulluğu ölçülməli və hesabat daxil edilməlidir. Ünvanlı sosial yardımların 54%-ə qədəri, təxminən 135 mln. manat uşaqlara çatır. 18 yaşadək əlilliyi olan uşaqlara aylıq müavinətlər - 123 mln. manat, ailə başçısıı itirməyə görə ödənən aylıq müavinətlər - 45 mln. manat, uşağın anadan olmasına görə müavinətlər - 16 mln. manat,  bəzi qruplardan olan ailələrdə (məsələn, hərbi qulluqçuların, şəhidlərin övladları) uşaqlarına müavinətlər - 12 mln. manat, 5-dən çox uşağa görə ailələrə müavinətlər - 6 mln. manat təşkil edir ki, bu da cəmi 337 mln. manat edir”. 

Ekspertin sözlərinə görə Avropa ölkələrində uşaqların sosial müdafiəsi ilə bağlı xərclərin ÜDM-də payı orta hesabla 2.5% ətrafındadır:

“Ayrı-ayrı ölkələrdə daha yüksəkdir. Məsələn, Fransada 4%-ə yaxın, Azərbaycanda isə 0.4%-dir.

Bu o deməkdir ki, hər 1000 avro milli gəlirin Avropada hər 20-25 (Fransada 40) avrosu, Azərbaycanda isə hər 1000 manat milli gəlirin cəmi 4 manatı bilavasitə uşaqların sosial müdafiəsinə xərclənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO